77 yaşlı Flora Kərimova üçün özəl gün FOTO

Bu gün xalq artisti Flora Kərimovanın ad günüdür. SİA-nın məlumatına görə, 77 yaşlı sənətkarı ilk olaraq, rol aldığı “Qayınana” filminin komandası təbrik edib.

Müğənni "İnstagram" səhifəsində fotosunu paylaşaraq, hər kəsə təşəkkürünü bildirib: “77 tamam oldu. Sizin sevginizlə keçən illər üçün çox sağolun dəyərli xalqım”.

Qeyd edək ki, F.Kərimova 1941-ci ildə anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini başa vurub. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Müğənninin iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə