Aparıcı Saleh Bağırovun qızı Nərgizin 1 yaşı tamam olub. SİA-nın məlumatına görə, aparıcı bu münasibətlə övladının fotolarını "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Nərgiz Bağırzadə. Atalıq sevincimin ilk gülü. Gəlişinlə o qədər dəyişdin ki, həyatımı. Hər ay böyüdüyünü gördükcə, xoşbəxtliyin elə sən olduğunu anladım gül qızım. 1 yaşın mübarək. Gülüşü, baxışı, sevinci, toxunuşu atasının həyatı olan balam. Ömrün, bəxtin gözəl olsun, Nərgiz gülüm".

Bütün xəbərlər Facebook səhifəmizdə