“Bozbash pictures” efirlə vidalaşdı

“Bozbash pictures” efirlə vidalaşıb. SİA-nın məlumatına görə, bu haqda aktyorlar Ramil Babayev, İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov və İlkin Miskərli sosial şəbəkədə yazıb.

Onlar ötən gün efirə gedən bölümün sonuncu olduğunu bildiriblər. Aktyorlar vida bölümünü Gürcüstanda lentə alıblar.

İ.Həsəni sosial şəbəkədə “Sadiq tamaşaçılara, yanımızda olan dostlara təşəkkürlər. Böyük ekranlarda görüşmək ümidi ilə” sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə