Şou-biznesin daha üç məşhur xanımı “Jara”da səhnəyə çıxacaq FOTOLAR

İyulun 26-da paytaxtımızda keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında yer alacaq daha üç məşhurumuzun adı açıqlanıb. SİA-nın məlumatına görə, əməkdar artistlər Manana, Sevda Ələkbərzadə və müğənni Səmra Rəhimli də tədbirin qonaqları sırasında yer alacaqlar.

Ələkbərzadə ayın 27-də, Manana və Səmra isə 28-də səhnəyə çıxacaqlar.

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən festivalda Rusiya şou-biznesinin məşhur simaları da yer alacaqlar.

Qeyd edək ki, xalq artisti Aygün Kazımova, müğənnilər Samir Bağırov və Aysel Məmmədova da festivalda səhnəyə çıxacaq məşhurlar siyahısındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə