Samir Bağırov yenidən qayıtdı FOTOLAR

Müğənni Samir Bağırov uzun fasilədən sonra fotokamera önünə keçib. SİA-nın məlumatına görə, sənətçi yaradıcılığındakı sükutu yeni foto-layihəsi ilə pozub. İfaçının şəkillərinin müəllifi fotoqraf İsmayıl Rzayevdir. Üç ildir sənətdən uzaqlaşan Bağırov bundan sonra fasilə verməyəcəyini bildirib.

Qeyd edək ki, Samir eyni zamanda iyulun 26-da keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə