Xatirə ilə Sevil Sevinc bacıları barışdı

Ötən gün müğənnilər Xatirə İslam və Sevil-Sevinc Səfərova bacıları arasında gərgin anlar yaşanıb. SİA-nın məlumatına görə, ifaçılar arasındakı qalmaqala səbəb əkizlərin qarşı tərəfin ünvanına verilişlərin birində “3 ay efirə çıxmasa unudulacaq” sözlərini deməsi olub.

Xatirənin əkizlərə cavabı gecikməyib: "Gözəl qızlarım, əvvəla sizə ayıb olsun ki, siz başınızdan böyük danışmısınız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan, sənətə yeni gəlmiş müğənni kimi heç bir uğura imza atmayan gənc və dəliqanlı qızların 18 il peşəkar səhnədə olan, Azərbaycanın bütün karifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər?

Mən sizi başa düşürəm, çoxdandır efirlərdə yoxsunuz, yeni hit mahnı da yoxdur bununla gündəmə gəlməyi düşündünüz? Ailə qurduqdan sonra 1 il efirə çıxmadım və unudulmadım da, olduğum yerdən məmnunam. Hamı qulağını açıb eşitsin, sənəti ən az sənətim qədər olan kəslər adımı çəkə bilər, gedin bu sənətə niyə və necə gəlmisiniz bir az oturun fikirləşin, başınızı böyük yerlərə soxmayın. Adam gündəmdə olmaq üçün hər şeyə getməz, bundansa gözəl bir vokal və ya muğam dərsi keçib oxumağı öyrənə bilin. Nə qədər ki, səs və sənət yoxdur, heç vaxt sözünüzün kəsəri olmayacq.

Heç görmüsüz ki, sənəti olan məndən danışsın? Çünki sənəti olan məni başa düşər. Bu gün kimlərsə gündəmdə ola bilər, amma bilin ki, oxuyan adam içəri girəndə həmin şəxs stolun altında olur. Son sözü bilirsiz kim deyir? Sənəti olan”.

X.İslam "İnstagram" səhifəsində yenidən paylaşım edərək bildirib ki, əkizlər onunla əlaqə saxlayaraq sözlərinin montaj olunduğunu deyiblər: “Mənə olunan çoxsaylı zənglərə görə, sizə kiçik bir açıqlama vermək istəyirəm və bir daha bu məsələyə qayıtmayacam. Sevil və Sevinc mənə mesaj yazaraq məsələnin əslində başqa cür olduğunu bildirdilər. Dedilər ki, haqqımda söylədikləri gözəl fikirlər efirdə getməyib. Söylədilər ki, maşınlarında mahnılarımı dinləyirlər, bəyəndikləri 5 müğənnidən biriyəm. Mən də onlara inandım. Kinsiz insanam, gəncləri də çox sevirəm. Hər kəsdən xahiş edirəm ki, sənət aləminə yeni gələn gənclərən istifadə etməyək, onlara düşmən yox, dost qazandıraq. Gəlin böyük-kiçik yeri bilək, bir-birimizə hörmət edək və güvənək”.

Bütün xəbərlər Facebook səhifəmizdə