Elnur: “Zamiq Azərbaycanın birnömrəli kişi müğənnisidir" VİDEO

Stilist Elnur Həsənov rejissor Nail Naiboğlunun verilişində qonaq olub. SİA-nın məlumatına görə, stilist müğənnilər haqqında maraqlı açıqlamalar verib: “Çalışdığım məşhur insanların çoxunu azaltmışam və sevdiklərim yanımdadır. Hər səhnə adamının öz kaprizi var. Səhnəyə çıxan ərəfədə onların kaprizini başa düşmək olur. Bir-birimizə etibarımız yarananda isə kapriz itir. Amma ən kaprizlisi Röyadır”.

Elnur müğənni Zamiq Hüseynovla işbirliyinin bitməsinə də aydınlıq gətirib: “Zamiq Azərbaycanın birnömrəli kişi ifaçısıdır. Ondan başqasıyla işləyə bilmərəm. Ona görə də tək Zamiqlə işləməyə yox, prodüserliyə son qoydum. İşlərim çox olur və çatdıra bilmirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə