Vasiflə Zaurun efirdə sözləri çəpləşdi VİDEO

Müğənni Vasif Məhərrəmli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçının proqramın aparıcısı Zaur Kamalla sözləri çəpləşib. Belə ki, Zaurun Vasifə atmacalı sözləri onu özündən çıxarıb. Vasif aparıcıya "Sən müğənnilər görməmisən ki, toyda dilənirlər. Heç bir sənətçi deyə bilməz ki, Vasif el şənliyində hansısa masaya yaxınlaşıb, pul alır. Mən yeganə müğənniyəm ki, pencəklərimin cibləri tikişlə bağlıdır. Ona görə, ayıbdır, yekə kişisən" sözlərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə