Namiq meyxanaçıları qınadı VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu "İnstagram" səhifəsində hər kəsin marağına səbəb olacaq video paylaşıb. SİA-nın məlumatına görə, görüntüərdə meyxanaçılar Ələkbər Yasamallı, Mehman Əhmədli, Xəyyam yer alıb.

Namiq dənizdə sosial şəbəkədə yaydığı görüntülərdə bu sözləri deyib: "Mənə bir neçə dəfə sual veriblər ki, "Meyxanaçılarla münasibətiniz necədir?" Həmin suala cavab vermək istəyirəm ki, heç bir meyxanaçı ilə münasibətim yoxdur. Başımı aşağı salıb, işlərimlə məşğulam. İstirahətə yollananda da tək gedirəm. Çünki təkliyi çox sevirəm".

Qaraçuxurlu görüntülərdə bu sözləri deyən zaman Xəyyam, Ələkbər Yasamallı və Mehman Əhmədli Namiqin əhvalını soruşub və ardınca ona su atmağa başlayıblar.

N.Qaraçuxurlu meyxanaçıların bu hərəkətindən əsəbiləşərək, "Belə hərəkətlər edirsiniz deyə, sizinlə yaxınlaq etmirəm" sözlərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...