Baloğlan Əşrəfov: "İncəsənət nümayəndələri Gəncədə baş verənləri pisləyir" EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə təxribatçıların əli ilə xoşagəlməz hadisələr yaşanıb. Həmin gecə ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Gəncədə təxribatçıların əli ilə xoşagəlməz hadisələrin baş verməsinə əməkdar artist Baloğlan Əşrəfov münasibət bildirib: “Azərbaycanda heç vaxt iğtişaşın olmasını istəmirəm. Bu xəbəri eşidəndə çox pis oldum. Hətta məyus oldum ki, Gəncədə təxribatçıların əli ilə baş vermiş hadisələr zamanı iki polisimiz şəhid oldu. Polislərdən biri yaxın dostumun qohumu idi. Allah polislərimizə rəhmət eləsin! Bir incəsənət adamı kimi hər zaman dövlətimizə sülh, əmin-amanlıq arzulayıram. Onu da xüsusi ilə qeyd edim ki, sənət dostlarım da Gəncədə təxribatçıların əli ilə xoşagəlməz hadisələrin yaşamasını pisləyirlər. Müğənnilər istəyirik ki, hər zaman Azərbaycanda xoş günlər olsun. Çünki biz sənətçilər xalqın sayəsində pul qazanırıq. İfaçılar el şənliklərində, tədbirlərdə iştirak edib, maddi gəlir əldə edirlər. Dövlətimizdə xoşagəlməz hadisələr baş verəndə hamı kimi biz musiqiçilərə də təsirsiz ötüşmür".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...