Aybəniz Haşımova: "Gəncədəki hadisələrə görə ağlayıram" FOTO

Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə təxribatçıların əli ilə xoşagəlməz hadisələr yaşanıb. Həmin gecə ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Gəncəli olan əməkdar artist Aybəniz Haşımova orada təxribatçıların yaratdığı hadisə ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində Gəncənin şəklini paylaşaraq, bu sözləri yazıb: "Sosial şəbəkələrdə təxribatçıların əli ilə Gəncədə baş verən iğtişaşların görüntüləri yayılıb. Bu görüntüləri görüb, hönkürtü ilə ağladım. Az qalsın ki, ürəyim dayansın. Allah yaxşı insanlarımızı qorusun!"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...