"Qızı ərinin üstündə fironqluq edir, oğlu arvadını döyür" VİDEO

Müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ötən verilişdə müğənninin gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb. Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyeva Mirəliyevlər ailəsi haqda hər kəsi şoka salacaq sərt fikirlər bildirib: "Siz qıza işgəncə edirdiniz. Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironqluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Taleh ancaq onu döyürdü. Bilmirdi ki, qaçırdığı qız nişanlıdır?”.

Qonşusunun bu su sözlərinə Ə.Mirəliyev belə cavab verib: "Döyürdü, əccəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb” .

Müğənninin qızı Samirə, qardaşı Taleh Mirəliyevi belə müdafiə edib: "Qız qardaşımı qaçırıb. Bilmirsiz danışırsız. Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaş böyük olub. Bunların arasında münasibət var imiş, amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik. Qızın da anası, atası istəmirdi. Yəni ailələr bir-birini istəmirdi. Bu qız artıq zəng edib, qardaşıma deyib ki, mən evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq, götürüb gedib və bunun cəzasını da çəkib”.

Taleh isə qızı qaçırmadığını deyib: "Mən onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm. Sonra qayıdıb və yenidən qaçıb Türkiyəyə. Gedib Türkiyədən tapmışam onu. Yaxşı qadın Türkiyəyə qaçar? 2 min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”.

Bütün xəbərlər Facebook səhifəmizdə