Röyadan Aygünə: "Sənə görə həyatıma nifrət etdim" FOTO

Şou-biznesdə daha bir barışığa imza atılıb. SİA-nın məlumatına görə, əməkdar artistlər Röya Ayxanla Aygün Bəylər arasındakı davaya son qoyulub. Barışıq addımı Röyadan gəlib. Aygünü məhkəməyə verən müğənni onun övladı ilə şəklini paylaşaraq Bəyləri bağışladığını bildirib: “Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Ata, anamın yanında alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı “haram” adlandırdın. Səni izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq yaradana sənə cavab versin dedim. Amma o an unutdum ki, sənin qızın var və o, mən yaşayanın 50 faizini doğularkən yaşayıb. Günahlarımız onların boynuna yazılar deyirlər. Bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. Səni Allah da bağışlasın istərəm”.

Qeyd edək ki, A.Bəylər "Səhər-səhər" verilişində Röyanın ünvanına sərt sözlər deyib. Röya isə onu məhkəməyə vermiş və 50 min manat təzminat istəmişdi. Məhkəmə R.Ayxanın iddiasını rədd etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...