Məşhurlar bayram konsertində FOTOLAR

1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub. SİA-nın məlumatına görə, əlamətdar günlə əlaqədar Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunub.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin və çoxsaylı KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında xalq musiqiləri, dünya və Azərbaycan bəstəkarlarının mahnılarından, şən melodiya və rəqslərdən ibarət böyük ədəbi-bədii bayram tədbiri keçirilib.

Tədbirdə qeyd olunub ki, düz 25 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz Cənab İlham Əliyev uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənir.

Çox böyük bir xöşbəxtlikdir ki, bu gün ölkəmizin başında Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev durub və bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.

Bayram tədbirində xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Bilal Əliyev, Gülyaz Məmmədova, əməkdar artist Təyyar Bayramov, müğənnilər Ayaz Qasımov, Pərviz Abdullayev, Kənan Qədimov, Rəvanə Əmiraslanlının, Vaqif Müstafazadə adına “Sevil” vokal qrupunun, Cahangir Cahanğirov adına xorun, “Şirvan” folklor ansamblının ifalarında xalq mahnıları, tanınmış dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənmiş, iştirakçılarının çıxışları sakinlərin alqışları ilə qarşılanıb. Sakinlər konsert boyu parkın ərazisində rəqs ediblər.

Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...