Pərviz: "Türkan xəstəxanın pulunu ödəyə bilmirsə, niyə mənimlə oxuyurdu"

Bir neçə gün öncə avtomobil qəzası keçirən müğənni Türkan Vəlizadənin xəstəxana xərclərini qarşılaya bilmədiyi barədə xəbərlər yayılıb. SİA-nın məlumatına görə, ifaçının duet ortağı meyxanaçı Pərviz Bülbülə verilişlərin birində sözügedən məsələyə münasibət bildirib: "Türkan xanımın səhhətində hər şey qaydasındadır. Ona görə xəstəxana koridorunda oturmağım mənasızdır. Sənətçinin yaxınları ona xüsusi diqqət edir. Onu da deyim ki, əgər bu gün Türkan düşdüyü qəzaya görə xəstəxananın pulunu ödəyə bilmirsə, niyə mənimlə duet ortağı olurdu? Gedib başına bir çarə qılardı. Mən özüm də hazırda müalicə alıram".

Bütün xəbərlər Facebook səhifəmizdə