"Bakı gözəli 2018"in rəhbərindən xoşagəlməz dava haqda AÇIQLAMA-VİDEO

"Show Production"ın təşkilatçılığı ilə baş tutan "Bakı gözəli 2018" gözəllik müsabiqəsinin final günü dava düşüb. Davaya səbəb ikinci yeri qazanan iştirakçının etirazı etməsi olub. O, "Niyə birinci olmadım?"- deyərək tacı yerə çırpıb.

Məsələ ilə bağlı olaraq, təşkilatın rəhbəri Azər Bağırov SİA-ya açıqlama verib: "Bütün gözəllik yarışmalarında gərginlik və mübahisələr yaşanır. Çünki yarışmada iştirakçıların hamısı qalib ola bilməz. Bizim yarışmada da qalibləri müəyyənləşdirmək üçün münsiflərin səsverməsi ilə tədbirdə iştirak edən qonaqların verdiyi səslərlə qalib müəyyən olunur. Yarışma zamanı kiçicik mübahisə yaşandı. Ancaq bütün anlaşılmamazlığa aydınlıq gətirildi. Belə ki, finalçı xanımların özlərinin iştirakı ilə həm münsiflərin, həm də tədbirdə iştirak edən qonaqların verdiyi səslər hesablandı və problem aradan qaldırıldı".

Bütün xəbərlər Facebook səhifəmizdə