Bir neçə gün əvvəl aparıcı Azər İsmayılov oğul övladı olması ilə bağlı xəbər yayıb. SİA-nın məlumatına görə, o, "İnstagram" səhifəsində körpə uşaqla videosunu paylaşaraq "Mənim ürəyim, həyatda uğurum. Dilək qızımın qardaşı ona uğur gətirsin. Uğurun Diləkləri həyata keçsin” sözlərini deyib. Azər paylaşımındakı şərh hissəsini də bağlayıb.

Sosial şəbəkələr məlumat yayıb ki, Uğur Azərin öz övladı yox, bacısının oğludur. Hətta Azər ikinci həyat yoldaşı Nəcibə xanımla da bu yaxınlarda ayrılıb.

Qeyd edək ki, A.İsmayılov aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.

Azər 2016-cı ildə Nəcibə adlı xanımla ailə qurmuşdu. Son günlər isə A.İsmayılov sosial şəbəkədə keçmiş həyat yoldaşı Vüsalə ilə bağlı paylaşımlar edirdi. Onun bu addımı sosial şəbəkədə də müzakirə olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə