Xəstəxanalıq olan Xuramanın yaxınlarından mətbuata HÖRMƏTSİZLİK

Aktrisa Xuraman Əlizadə "İnstagram" səhifəsində xəstəxandan foto paylaşaraq, "Birazdan əməliyyat olunacam" sözlərini yazıb. SİA-nın əməkdaşı aktrisa ilə əlaqə qurub, səhhətini öyrənmək istəyib. Xuraman xanımın telefonuna cavab verən şəxs kobudcasına jurnalistimizə özünü Əlizadənin gah həyat yoldaşı, gah da köməkçisi kimi təqdim edib: "Xuraman xanımın səhhəti haqda heç bir məlumat verməyəcəm. Bu haqda yalnız sosial şəbəkələrdə məlumat yayacağıq. Yalnız onu deyə bilərəm ki, aktrisa arıqlamaq üçün əməliyyat etdirmir...". Bu sözləri deyəndən sonra adını söyləməyən şəxs dəstəyi yerə qoyub.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinə və digər insanlara xəbərlərin çatdırılmasında mətbuatın əməyi danılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə