Mələkxanım Ramalla küsülü olmadığını belə sübut etdi FOTO

Xalq artisti Mələkxanım Əyyubova qardaşı oğlu Ramal İsrafilovla küsülü olmamasını sübut etməyə çalışıb. SİA-nın məlumatına görə, o, "İnstagram" səhifəsində Ramalla şəklini paylaşaraq, bu sözləri yazıb: "Canım, ürəyim, Ramalım”.

Qeyd edək ki, bu günlərdə Ramal bibisinin olduğu efirə dəvət olunsa da, gəlməyib. Bundan əvvəl də o, M.Əyyubovanın ad günü üçün təşkil olunan proqrama çağrılmış və qatılmamışdı. Bibisi isə ondan buna görə küsmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə