Stilist Anar Ağakişiyev bu dəfə müğənni Sevda Yahyayevanın görünüşünü dəyişib. SİA-nın məlumatına görə, stilist sənətçinin saçlarını açıq sarı rəngə boyayıb və qaynaq vasitəsilə uzadıb.

Sevda və Anar bununla bağlı videonu sosial şəbəkədə paylaşıb. Yahyayeva bildirib ki, 14 ildir sənətdədir və heç vaxt belə bir imicdə olmayıb. Sənətçi “Necədir, bəyəndiniz?” deyərək, izləyicilərinə sual ünvanlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə