Müğənni: “Qardaşım və 18 yaşlı qızım öləndən sonra sənətdən uzaqlaşdım” VİDEO

“Savalan” qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, sənətindən uzaq qalma səbəbindən danışıb: “Böyük qardaşım rəhmətə getdi. Onu itirəndən sonra 7 il sənətdən uzaq düşdüm. Hansı ki, sənətdə bütün qapılar açılan vaxt idi. İnsanın düşdüyü vaxt olur. O ərəfədə hər şeydən üz döndərdim. Allah hərəyə bir ssenari yazıb. 3 il bundan qabaq isə qızım qazdan boğuldu. 18 yaşı var idi. Allah bütün övladları saxlasın. Həyat... Allah hərəyə bir imtahan verər. Özü bilən məsləhətdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə