Aqşin Fatehdən sərt sözlər: "Nə model, nə də qız uşağı deyiləm ki, özümə əl gəzdirim" AÇIQLAMA-VİDEO+FOTO

Xəbər verdiyimiz kimi, meyxanaçı Aqşin Fateh burnunu estetik əməliyyat etdirib. SİA-nın məlumatına görə, meyxanaçı əməliyyat etdirdiyi üçün onu qınayanlara sərt cavab verib: "Üzümü məni hirsləndirən və şərəfsizcəsinə şərh yazanlara tutub, demək istəyirəm ki, mən görnüşümə görə burnumu əməliyyat etdirsəydim, 25-30 yaşlarında cərrahiyyə masasına uzanardım. Nə model, nə də qız uşağı deyiləm ki, özümə əl gəzdirim. Ağır əməliyyat olunan insana necə ürəyiniz gəlir ki, şəfa diləmək əvəzinə bilmədiyiniz sözləri yazırsınız. Bəzi izləyici yazıb ki, "Özünü gözəlləşdirmək üçün" digəri yazıb ki, "Özünü göstərmək üçün burnunu estetik əməliyyat etdirib", o birisi yazıb ki, "Cammat yeməyə ət tapmır, bu burnundakı artıq əti götüzdürür". Bu şərhləri oxuyanda çox əsəbləşdim. Sadəcə olaraq, deyirəm ki, ayıb olsun. Allahdan qorxun, Tanrıdan həya edin. Bu ağrıların 10% keçirdsəniz bilərsiniz ki, cammat xəstəxanaya kefindən gəlmir. Allah bəzilərinə insaf versin ki, bilmədiyi məsələ haqda insanları qınamasın. Mənə dilədiyiniz "arzu"ları özünüzə arzu edirəm. Mənə dua edib dəstək olan insanlara da təşəkkür edirəm. Bu Ramazan ayına xatir Allah hamıya şəfa versin".

Bütün xəbərlər Facebook səhifəmizdə