Sevinc: "Bəzi müğənnilər sponsorla yatıb, idmançı oğlanlarla sevgili olurlar"

Müğənni Sevinc Musayeva həmkarlarının bostanına daş atıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda sosial şəbəkədə yazaraq, son günlər efirlərdən uzaq gəzməsinin səbəbini də açıqlayıb: "Prodüserlərin müğənnilərə təklifi: məşhur olmaq istəyirsənsə, soyun. Bəs, müğənnilər buna niyə razı olurlar? Çünki ağılları yoxdur. 15 ildir bu hadisələrlə mübarizə aparıram. "Gündəmdə yoxsan" sözlərinə belə cavab verməlisən: gündəminin səhnəsində əməkdar artist Elza Seyidcahan kimi çox ağıllı olmalısan, Maral Tahirqızı kimi özünü gicliyə qoymalısan. Ya da “üzdəniraqlardan” prodüser tutmalısan. Ya sponsorla yatmalısan, ya da idmançı oğlanlardan özünə sevgili, ər tutmalısan. Sən də ailə qurmalısan, tez də boşanmalısan. “Lezva” mahnı oxuyub, özünə əl qatmalısan. Səhnədə meymun kimi qaçmalısan, alt paltarını reklam etməlisən. Belə dəlixanadan necə baş çıxartmalısan? Mənim kimi ayda-ildə bir dəfə mahnı oxumamalısan”.

Bütün xəbərlər Facebook səhifəmizdə