Rəqqasə Oksana Rəsulovanın suni mayalanma ilə hamilə qalması artıq günlərdir hər kəsin diqqətindədir. SİA-nın məlumatına görə, rəqqasə məsələ ilə bağlı ona zəng vuranlara isə cavab vermir.

Sosial şəbəkələrdə Oksana ilə bağlı bir çox tənqidi şərhlər yazılıb. Oksana həmin kəslərə elə sosial şəbəkədə cavab verib: "Aylar şahı Ramazan xoş gəlir. Bütün oruc tutub, dua edən insanları təbrik edirəm. Bu ayda əllərimi açıb Allaha yalvaracam: ya Rəbbim, imansız, dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Quranı dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib, haqq yeyənlərə, cadu edib günah qazananlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq günahlarımızı azaldaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə