Flora Kərimova Röya ilə barışacaq? VİDEO

Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasında yaşanan qalmaqal deyəsən sakitləşmək üzrədir. SİA-nın məlumatına görə, otellərin birində qızı ilə istirahət edən Kərimova "İnstagram" səhifəsində canlı yayıma qoşulub.
Canlı yayım zamanı sənətçinin izləyicisi "Sizin daşınız Röyanın başına düşsün" sözlərini yazıb. Flora xanım sosial şəbəkə istifadəçisinin bu sözlərinə etiraz edib: "Allah eləməsin, o anadır. Həyat özü ona hər şeyi öyrədəcək" sözlərini deyib.

Bundan başqa Kərimovanın səhifəsində Röyanın ünvanına edilən neqativ paylaşımların hamısının silindiyi diqqətdən qaçmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə