"Qaraca qız"ın Tutu və Xədicəsi illər sonra FOTOLAR

"Qaraca qız" filminin uşaq qəhrəmanları Tutu və Xədicə illər sonra məktəblilərlə görüş keçirib. SİA-nın məlumatına görə, Xədicə obrazını oynayan Leyli Axundova, Tutu obrazını isə canlandıran Sevil Zeynalova illər sonra filmdəki gizli məqamlardan danışıblar.

Məlum olub ki, ekran işinin əvvəlində Tutunun uşaqlığını başqa bir qız oynayır. Filmin ilk 6 dəqiqəsinə diqqətlə baxsanız, bunun fərqinə varacaqsınız.

Qeyd edək ki, film 1966-cı ildə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə