Zaurdan Elnarəyə: "Bir az özünüzü nazik və sakit aparın" VİDEO

Əməkdar artist Elnarə Abdullayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqrama girər-girməz aparıcı Zaur Kamal ona iradını bildirib: "Özünüzü işgüzar xanım kimi aparırsınız. Bütün günü efirdə asaram, kəsərəm deyirsiniz. Olmazmı ki, bir az nazik, sakit olasınız?”

Xanəndə aparıcının bu sualına belə cavab verib: “Orbitimdən çıxarırsan da. Aman verirsən ki, sakit olum? Əgər arxada nəsə səhv olsa, onda boyun düşür aşağı, sakit olursan. Ona görə, şükür bu günümə”.

Bütün xəbərlər Facebook səhifəmizdə