Mehriban Xanlarova 51 yaşında ana olmaq istəyir

Əməkdar artist Mehriban Xanlarova ana olmaq istəyir. SİA-nın məlumatına görə, 51 yaşlı aktrisa bu haqda verilişlərin birində deyib: “Proqrama gəlməyimə səbəb həkimdən yardım istəməkdir. Ana olmaq istəyirəm. Əgər lazım olsa, başqa bir ölkəyə də gedəcəm. Qadın tanıyıram ki, 56 yaşında ana olub. Ana olaram və ya olmaram, ərə gedərəm və ya getmərəm şəxsi işimdir".

Sosial şəbəkədə yazılan "Əri yoxdur, necə olacaq? Yəqin süni mayalanma ilə olacaq" sualına isə aktrisa proqramda "Bəli" cavabını verib.

Qeyd edək ki, M.Xanlarova bacısı qızını övladlığa götürüb. Onun nəvələri də var.

Bütün xəbərlər Facebook səhifəmizdə