Pərvin bədənini nümayiş etdirdi VİDEO

Aktrisa Pərvin Abiyeva qarın əzələlərini nümayiş etdirib. SİA-nın məlumatına görə, aktrisa uzunmüddətli məşqlər sayəsində nail olduğu əzələli bədəninin görüntülərini "İnstagram" səhifəsində paylaşıb.

Cazibədar bədən quruluşuna malik olan aktrisa onu fotoşopdan istifadə etməkdə günahlandıranlara cavab verib. O bildirib ki, şəkillərdə arıq düşümək üçün heç bir effektdən istifadə etmir: "Mənim adım Pərvindir, fotoşopun anasını ağladan Pərvin! Videoşopun da atasını yandıraram. Bu da mən, tanış olun. Sizə nəyisə sübut etmək üçün paylaşmıram, sadəcə gülürəm”.

Həmin videonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə