Nadir Qafarzadə: "Üzeyirin, Damlanın, Şəbnəmin mahnılarını bəyənmirəm" VİDEO

Müğənni Nadir Qafarzadə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı həmkarları haqqında hər kəsin təəccübünə səbəb olacaq ifadələr səsləndirib: “Üzeyir, Damla, Şəbnəmin mahnılarını bəyənmirəm və həmin sənətçilərin ifalarını dinləmirəm. Bu müğənnilərlə münasibətim çox normaldır. Dəfələrlə eyni məclislərdə olmuşuq. Onların hər birinə ayrı-ayrılıqda hörmətim var. Sadəcə olaraq mənim zövqümə uyğun olmadıqları üçün bu müğənnilərə qulaq asmıram. Zövqlər müxtəlifdir".

Bütün xəbərlər Facebook səhifəmizdə