Xalq artisti Səməd Səmədov yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, müğənnin sözləri Hamlet İsmayılov, musiqi və aranjimanı Fərid Kərimliyə məxsus “Dəbdəyəm, gündəmdəyəm” adlı mahnısı "Youtube"də yerləşdirilib.

Səmədov bildirib ki, bu mahnı ilə şou əhlinə bir mesaj göndərir: “Əslində bu mahnım bəzi şou-biznes əhlinə bir mesajdır. İllərdir səhnədə olasan, mahnıların dillər əzbəri olsun, bir də gündəmdə qalasan, bu, hər bir müğənniyə nəsib olmur. Şou-biznesdə bir çox müğənnilərin ulduzları parlayıb, amma gündəmlə ayaqlaşmağı bacarmadıqları üçün onların ulduzları sönüb. Mahnıya gəldikdə isə, ilk qulaq asdığım gündən bəyəndim. Düşünürəm ki, dinləyicilərin xoşuna gələcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə