Nüşabə: "İlhamə dedi ki, qoyma Tunar oxusun"

Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Tunar Rəhmanoğlu qalmaqalı yenidən alovlanıb. SİA-nın mulamatına görə, Tunar "5/5" verilişinə zəng edərək məsələ ilə bağlı açıqlama verib: "Video mənim telefonumda da var, amma onu mən yaymamışam. Necə yayıldığından da xəbərsizəm. Bizim ailə həmin toya dəvət olunmamışdı. İbrahim Tatlısəs Bakıya gələndə atam da, mən də onun yanında oluruq. O da məni həmişə səhnəyə çıxardıb. Özü də deyir ki, Tunar demir, məni səhnəyə çıxart. Məclisdə də mənim oxumağımı istədi. Dedilər ki, niyə Tunar oxuyur? Amma mənim çıxışım heç 5 dəqiqə çəkmədi. Orada mənim 26 yaşım var idi. Həmin məslisin üzərindən 10-12 il vaxt keçib. Yerli sənətçilərimizin toyda mənə qarşı etdiyi hərəkətə görə pis oldum və mikrofonu verib getdim".

Daha sonra N.Ələsgərli efirə zəng vuraraq hadisədən danışıb. O, videoda mərhum xalq artisti İlhamə Quliyevanın da etiraz etməsinə münasibət bildirib: "İlhamə xanım mənə dedi ki, toy ərəfəsində bu nədir edirlər. Bir nəfər ayır nəzarət etsin, özbaşınalıq olmasın, qoyma. Çünki İbrahimi məclisdə ifa etməyə qoymurdular. İ. Tatlısesin oxumağında fasilələr yaranırdı. Ora pul töküb-tökməməyimin Tunara dəxli yox idi. Tunar oxuyur oxusun. Kim oxusaydı elə olacaqdı".

Bütün xəbərlər Facebook səhifəmizdə