Hollivud ulduzu Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, o, "Facebook" səhifəsində xəbərin yalnış olduğunu yazıb: "Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm. Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər. Lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm".

Qeyd edək ki, Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı Ermənistan mətbuatı xəbər yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə