Nüşabədən Tunara sərt cavab: "Sən arvadsan ki, paxıllığını çəkim? VİDEO

Əməkdar artist Nüşabə Ələsgərli müğənni Tunar Rəhmanoğlu ilə aralarında baş verən qalmaqala münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu haqda "İnstagram" səhifəsində yazıb: "Tunar arvaddır ki, onun paxıllığını çəkim? Narazılıq İbrahimə olub. Ona görə bu millət yazıqdır ki, bildiyini də, bilmədiyini də deyir. Bəs beyin, baş nə üçündür? İşlədin də bir az. Belədə ki, kiminsə gözündən düşdüm və ya düşmədim vecimə deyil. Əsas Allahdır, o hər şeyi görür. İstəmirdim bu haqda nəsə yazım. Bu toy 2007-ci ildə olub. 2011-də də Tunarın "Yollar" mahnısını oxumuşam. Özünün də, ailəsinin də xətrini çox istəmişəm, istəyirəm də. Amma bu video 11 il sonra ortaya çıxıb. Nə məqsədlə görəsən? Yəqin, məni "çox sevənlərin" işidir. Tunar qadın müğənnidir ki, onun paxıllığını çəkim? Orada söhbət İbrahimdən gedir. Onun qulağına söz deyən də öz meneceridir. Bizim məclisdə ən gözəl ifaçılarımız oxuyub. Tunarın burada heç bir mövzusu yoxdur. Bilən də, bilməyən də ağzına gələni yazır. Bizim millətin bəzilərinə çox təəssüf edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə