Könül Təranə haqda sirrləri açıb tökdü VİDEO

Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal bitmək bilmir. SİA-nın məlumatına görə, Kərimovanın “5/5” verilişində Təranəni görəndə durub getməsi hələ də müzakirə edilir. Müğənni bununla bağlı sosial şəbəkədə onu qınayan izləyicisinə cavab verib: "Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.

T.Qumral Könük Kərimovanın bu sözlərinə elə sosial şəbəkədə iradını bildirib: “Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, "Keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır". Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə