Tolikdən Röya haqqında etiraf: "Səni heç bir müğənniyə dəyişmərəm" VİDEO

Xəbər verdiyimiz kimi, prodüser-aparıcı (Tolik) Tarix Əliyevin idarə etdiyi verilişindən pərdəarxası xoşagəlməyən videosu yayılıb. SİA-nın məlumatına görə, Tolik görüntülərdə əməkdar artist Röya Ayxanın ünvanına da pis sözlər deyir.

Röya Tolik onun haqqında dediyi sözlərə münasibət bildirib: "Tolik mənim haqqımda videoda dediyi sözlərlə bağlı telefonum susmur. Hamı mənə prodüserin barəmdə dediyi fikirlərə münasibət öyrənmək istəyir. Hər kəsə səslənirəm. Pərdəarxası hər şey olur. İnsan əsəbiləşəndə ən əziz adamını belə söyür. Bu görüntüləri yayan tərbiyədən uzaq biridir. Onu da qeyd edim ki, elələri var ki, siz onu tərbiyəli və alicənab biri olaraq tanıyırsınız. Amma pərdəarxasında elə insanları görəndə mən belə onların yanında toya getməliyəm.

Tolik, sən də kef elə. Hər yerdə diqqətli ol. Mən sənə bu sözü hər zaman demişəm. Amma sözlərimə qulaq asmırsan".

Prodüser Röyanın bu sözlərinə münasibət bildirib: "Röya, sənin atılan dırnağını bəzi müğənnilərə dəyişmərəm. O da olsun ki, sənin haqqında pis fikir deyim. Mənə kiminsə fikri və düşündükləri önəmli deyil. Əsas sənin mənə olan münasibətin və mənim sənə olan bitməyən sevgim və sadiqliyimdir.

Bu arada bəzi müğənni cismində məxluqlara səslənirəm. Mənim pərdəarxası videomu ortaya çıxaranlar həmin görüntüləri bəzi jurnalist dostlarıma göndəriblər ki, bu videonu saytlara yerlərşdirin". Ay müğənnilər, həmin videonu siz niyə "İnstagram" səhifənizdə paylaşmırsınız? Məndən qorxursunuz? Bilirsiniz ki, sizə verecək cavabım var. Hünəriniz çatmır ki, həmin videonu sosial şəbəkələrdə paylaşıb, rəy bildirəsiniz. Bədbəxtlər, siz mənim üzümə yalnız gülə bilirsiniz. Yaxşı ki, görüntülərdə başqa sənətçinin adını çəkməmişəm. Bəyəm Röya adı bir dənədir? Bilmədən danışamayın. Bəziləri kimi sözdə qazdığınız quyuya özünüz düşərsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə