Nüşabənin Tunara etdiyi haqsızlıq ortaya çıxdı VİDEO

Əməkdar artist Nüşabə Ələsgərlinin sosial şəbəkələrdə illər əvvəl oğluna etdiyi kiçik toydan xoşagəlməz video paylaşılıb. SİA-nın məlumatına görə, görüntüdə məclisə dəvət olunan İbrahim Tatlısəsin müğənni Tunar Rəhmanoğlu ilə ifası yer alıb. Videodan açıq görünür ki, N.Ələsgərli Tatlısəsin Tunarla oxumasına narazılığını bildirir. Hətta sənətçi bir nəfəri göndərərək İbrahimin qulağına onunla oxumamasını məsləhət görüb. Buna da Tatlısəs əsəbiləşir, Tunar mikrofonu vermək istəsə də etiraz edir.

Tunar "İnstagram" səhifəsində həmin görüntüləri paylaşaraq, fikirlərini bildirib: "Gecədən bu video sosial şəbəkələrdə paylaşılır. Görənlər niyə cavab vermədiyimi deyir. Olub keçmiş hadisədir. İbrahim bəy orada lazımi cavabı verib. Məni ən yüksək zirvədə tutduğunu hər zaman hər yerdə göstərib. Nə etmək olar? Paxıl da var, istəyəndə quyu qazan da, gözü götürməyən də… Ancaq bunlara gülüb keçmək lazımdır. Məni görəndə gülərək “Səni çox istəyirik” deyən, insanlar o simaları ilə yadımda qalsın istəmişəm. Bu kadrdakıları görməzdən gəlirəm. Allah kömək olsun. İllər keçib, bəlkə də indi məni həqiqətən də çox istəyirlər. İlhamə xanıma da Allah rəhmət eləsin”.

Qeyd edək ki, videoda mərhum xalq artisti ilhamə Quliyevanın da etiraz etdiyi görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə