Röyadan Elarizə: "Dua et ki, biz varıq"

Müğənni Elariz Məmmədoğlunu xalq artisti Aygün Kazımovanın və əməkdar artist Röya Ayxanın ünvanına xoşagəlməz sözlər deyib. SİA-nın məlumtına görə, Röya "İnstagram" səhifəsində öz və A.Kazımovanın fotosunu paylaşaraq, bu sözləri deyib: "Elariz, Allah səni güldürsün. Dua et ki, biz varıq və sənə sual tapmırlar, bizi soruşurlar. Bir söz deyim, orada demək olar ki, media, sənəti anlayan insanlar Aygünü də, məni də, Güneli də tanıyır. Nə isə, onu boş ver. De görüm, nə var, nə yox?”.

Qeyd edək ki, Elariz verilişlərin birində ifaçılar haqda bu sözləri demişdi: "Türkiyədə nə Röyanı, nə Aygünü, nə də Günel Zeynalovanı tanıyırlar. Allah işlərini avand eləsin. Amma Türkiyədə mövcud olan müğənnilər var ki, onların sırasında yoxdurlar. Ola bilər ki, onlar 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Amma orada ekstralar, sifarişlər yəni səhnədən pul qazanmaq, bunlar yoxdur. Çünki Türkiyənin ərazisi Azərbaycandan 10 dəfə böyükdür. Orada pul əmtəəsi bizdən çoxdur. Azərbaycanda klipi 3 min manata çəkdirmək olar, Türkiyədə yox. Orada hər şey 30-40 mindən başlayır. Türkiyə şou-biznesinə girmək üçün böyük pullar qoymaq lazımdır. O böyük pullar da bizim müğənnilərdə yoxdur. Toya ən baha 15 minə gedirlər. O böyük pullar bizdə olmadığına görə oranın şou-biznesinə qatılmaq barədə danışa bilmərik. Real danışmağı sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə