Çiçək ləqəbli Şəhla Vakkas aparıcı-prodüser (Tolik) Tarix Əliyevin aparıcılıq etdiyi verilişində qonaq olub. SİA-nın məlumatına görə, Tolik proqramına aparıcı Zaur Kamalı dəvət edib. Lakin o, gəlməyib. Tolik bildirib ki, Xəzər TV ilk gələndə bütün aparıcılar onunla birgə efirə çıxıb, dəstək olublar: "Zaur mənə sms yazıb ki, "Başqa verilişdə özümü rahat hiss etmirəm. Kompleks keçirirəm”.

Şəhla isə verilişin şərtlərinə uyğun olaraq həmkarı Zaur Kamalın mənfi cəhətlərini sadalayıb: “Allah səni bildiyi kimi etsin. Toya 4 min dollara gedir. Onun mənfi cəhəti birlikdə gördüyümüz layihələr zamanı üzə çıxır. Məni orada çalışanlara qarşı qızışdırır”.

Z.Kamalın toy qiymətinə T.Əliyev fikir bildirib: “4 min dollara gedir, sonra da ağlayır ki, pulum yoxdur. Hələ müğənnilərə irad tutur ki, toya baha gedirsiz".

Bütün xəbərlər Facebook səhifəmizdə