Azər Vüsalə ilə barışmaq istəyir? FOTO

Aparıcı Azər İsmayılovun son günlər ayrıldığı həyat yoldaşı Vüsalə Əlizadə ilə tez-tez görüntülər paylaşması diqqət çəkib. SİA-nın məlumatına görə, Azər yenidən Vüsalə ilə şəklini "İnstagram" səhifəsində paylaşıb və fotoya bu sözləri yazıb: “Əvvəlcədən xəbərdarlıq edim: bu şəkli paylaşıram, boş-boş fikirlər yazmayın ki, kim kiminsə üçün darıxır, ay nə bilim sevir, peşmandır. Sadəcə, fikirlərinizə hörmət edin. İnternetdə min ədəd bu cur şəkillər var. Arxivdən tapdım və paylaşdım. Hə, bir də övladımın anasıdır, yazılara diqqət edin, fotoya hörmətlə yanaşın. “Like”lara görə təşəkkür edirəm”.

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə