Əməkdar artist Röya Ayxan konsert verməyə hazırlaşır. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində deyib: "May ayında solo konsert verəcəm. Deyirlər ki, guya, bu konserti prinsipə edirəm. Heç vaxt prinsipə iş görmürəm. Mən də konsert edirəm ki, evimə nəsə aparım".

Müğənni aparıcı Zaur Kamalın "Hər kəsin günahı var. Heç deyirsən, mənim də günahım var" sualına belə cavab verib: "Günahım var... Amma balaca uşaq deyəndə "Allah axirətdə günahından keçsin", ona sərt cavab verirəm. Deyirəm ki, biz orada görüşəcəyik və sənə qapını mən açacam. Heç kimin ailəsini dağıtmıram, haram pul yemirəm, çörəyinə bais olmuram, adam öldürtdürmürəm, cani deyiləm. Bədənim gözəldir. Mən bir məhsulam və özümü yaxşı saxlamalıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə