Alim Qasımov Almaniyada konsert verəcək

Xalq artisti Alim Qasımov aprelin 1-də Almaniyanin Hamburq şəhərində konsert verəcək. SİA-nın məlumatına görə, konsert məşhur Elbphilharmonia zalında keçiriləcək.

Konsertdə A.Qasımov ilə yanaşı, onun qızı, əməkdar artist Fərqanə Qasımova da çıxış edəcək. Onları kamançada Rauf İsmayılov, tarda Zəki Vəliyev, nağarada Cavidan Nəbiyev, balabanda isə Rafael Əsgərov müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...