Özcan Dəniz özündən 20 yaş kiçik sevgilisi ilə gizlicə evləndi

Müğənni-aktyor Özcan Dəniz özündən 20 yaş kiçik hamilə sevgilisi Feyza Aktanla gizlicə evlənib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük martın 8-də 15 nəfər dəvət olunan qonağın iştirakı ilə nikaha girib. Özcanın villasında gerçəkləşdirilən nikahda Feyza gəlinlik əvəzinə ağ libas geyinməyi üstün tutub. Cütlük bir ay sonra dünyaya gələcək oğullarına ad da fikirləşib. Belə ki, sənətçinin övladının adı Kuzey olacaq. Dənizlə Aktan “İstanbullu gəlin”in iyun finalından sonra bal ayına çıxacaq.

Qeyd edək ki, Özcanın 45, Feyzanın isə 25 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...