Sərxanın qonaqlarını öpməsi davaya çevrildi FOTOLAR

Aparıcı Sərxan Kərəmoğlunun son günlər proqramına qonaq olan məşhurları kamera qarşısında öpməsi sosial şəbəkədə tənqid olunub. SİA-nın məlumatına görə, Kərəmoğlu ünvanına deyilən sərt sözlərə münasibət bildirib: “Kaş insanları, heyvanları, təbiəti mən sevən kimi bəziləri sevə bilərdi. Bəziləri kimi yalandan ağlaya, iyrənc hərəkətlər edə bilmirəm. Dostlarımı öpməyim və onların məni öpməsi bilmirəm nə qədər "qeyrət davasına" mövzu olub. Bunu yazanların çoxu mənim işimi həzm etməyənlərdir. Siz, bildiyiniz pisliyi edin, mən də bildiyim insanları sevməyə davam edim. Görək, sonra kim qazanacaq.

Beş nəfər var, bütün əlaqələrini işə salıb ki, Sərxan və işləri haqda yazılmasın. Siz, bu addımı atmaqla, bəzi şeylər haqda düşündünüz? Yox... Çünki sizin beyniniz yalnız öz prinsipləriniz və mənafeləriniz üçün ananızın qarnında olarkən kodlaşdırlıb. Əxlaqsız şərhlər yazanlar, heç özünüzə baxmısınız? Allah sizi islah eləsin. Sizin qeyrətiniz, mənəviyyatınız, insanlığınız var, başqalarına qoşulub təhqir yazırsınız”.

Bütün xəbərlər Facebook səhifəmizdə