İdmançılarımız qız uşaqları üçün bir araya gəldilər VİDEO

Məşhur idmançılarımız qız uşaqları üçün kamera qarşısına keçiblər. SİA-nın məlumatına görə, onlar BMT-nin Əhali Fondu Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qız uşaqlarının dəyərinin təşviqi məqsədilə gənclərin maarifləndirilməsi” layihəsində yer alıblar.

Layihə çərçivəsində hazırlanan “Yaxşı ki,varsan!” adlı videoçarx sosial şəbəkədə yayılıb. Videoda kişi idmançıların qızlarla dialoqu əks olunub. Videonun mətni şer formatında təqdim edilib.

Çarxda Şahin Atamov, Rafael Ağayev, İlham Zəkiyev, Cavid İmamverdiyev, Rövşən Bayramov, Bəhlul Mustafazadə, Rəşad Əhmədov çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə