"Həqiqəti dediyim üçün heç kəsin xoşuna gəlmirəm" VİDEO

Əməkdar artist Mehriban Xanlarova maddi durumundan gileylənib. SİA-nın məlumatına görə, aktrisa bu haqda "İnstagram" səhifəsində yazıb: "Həqiqətləri dediyim üçün hər kəsin xoşuna gəlməyə bilərəm. Amma kiminsə xoşuna gəlmək üçün yalanlar danışmıram. Bəli, mən kasıbam. Kasıb olmağımdan utanmıram, əksinə fəxr edirəm. Çünki əziyyət çəkərək, halal çörək yeyirəm. Hər kəsin önündə alnı açıq kasıb komamda yaşayıram. Niyə utanmalıyam ki? Mənim pulum, evim, maşınım, qızılım olmaya bilər. Amma mənim Allahım var”.

Qeyd edək ki, M.Xanlarova ötən gün evini çəkərək, görüntüləri sosial şəbəkədə paylaşım etmişdi. O, həmin videoda mənzilini "balaca koma" adlandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə