İlahi mahnıların mahir ifaçısından unudulmaz gecə VİDEO+FOTO

"Savalan" qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktyoru, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlu "Hicaz" qrupu ilə birgə "Uzun incə bir yoldayam" adlı solo konsert verəcək. SİA-nın məlumatına görə, ifaçı gecə boyu türk, rus, italyan, bəstəkar və ilahi mahnılar oxuyacaq. İfaçı hər kəsi unudulmaz gecəyə dəvət edir.

Konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, mart ayının 18-də, saat 19:00-da baş tutacaq.

Konsertin biletlərini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından, şəhərin kassalarından və ASAN xidmətdən əldə edə bilərsiniz.

Qeyd edək ki, konsertin informasiya dəstəyi "Səs İnformasiya Agentliyi"nə və "Kaspi" qəzetinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...