Lalə Məmmədova: "Anladım ki, həyat bizə bir dəfə verilir" FOTOLAR

Bu gün əməkdar artist Lalə Məmmədovanın ad günüdür. SİA-nın məlumatına görə, müğənni təəssüratlarını "İnstagram" səhifəsində bölüşüb: “Gəlib çatdıq 40-a... Geriyə dönmək arzum heç vaxt olmasa da, bəzən ömür səhifələrim vərəqləndikcə yaşanan illərin hədər getmədiyini anlayıram.

Nələri anladım bu illər ərzində? Anladım ki, həyat bizə bir dəfə verilir. Ağrısı da, acısı da, sevinci də insan üçün imtahandır. Şöhrət, var-dövlət insanı bir anda tərk edə bilər. İnsan üçün ən böyük var-dövlət ailəsi, övladlarıdır. Tanrı bizi sevir. O, sevməsəydi, biz yaranmazdıq və yaratmazdıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə