Meyxanaçı Asif Məhərrəmov yaradıcılığında yenilik edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Ustad sənətkar Məşədibabanın repertuarına müraciət etmişəm. Belə ki, sözləri və musiqisi ona aid "İnanma"adlı mahnısını yeni aranjemanda ifa etmişəm. Bu bəstəni onun əziz xatirəsinə oxumuşam. Allah Məşədibabaya rəhmət eləsin. Ümid edirəm ki, mənim ifamda mahnı dinləyicilər tərəfindən sevilib, bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə