Rəqsanə: "Mənə deyirlər ki, avtobus mahnıları oxuyursan" VİDEO

Müğənni Rəqsanə İsmayılova onun mahnılarını oxuyan sənətçiləri məhkəməyə verəcək. SİA-nın məlumatına görə, sənətçi bu haqda "İnstagram"da canlı yayımda olarkən deyib: "Mənim mahnılarımı bəzi ifaçılar efirlərdə çıxıb dədələrinin bəstələri kimi oxuyurlar. Heç olmasa, mənə zəng edib icazə alsınlar və ya bəstəmi efirdə səsləndirən də desinlər ki, Rəqsanənin mahnısıdır. Moskvada olsam belə nömrələrim açıqdır. Cin "Bivəfa" mahnımı məndən icazəsiz oxuyub, reperturına daxil etdiyinə görə onu məhkəməyə verəcəm.

Vasif Məhərrəmli və Xatirənin xətrini sevirəm. O gün verilişində qonaq olanda Cin "Bivəfa" mahnımı oxuyur. Vasif də deyir ki, bu bəstə partlayacaq. Ay Vasif, mən o mahnını illər əvvəl oxuyub partlatmışam.

İllər öncə mən adıçəkilən bəstəni oxuyanda deyirdilər ki, bu nədi? Dayanacaq, avtobus mahnıları oxuyur”.

Bütün xəbərlər Facebook səhifəmizdə